Modern.az

“Oğlunun başını kəsərkən affekt vəziyyətdə idi...” - Ekspert yozumu

“Oğlunun başını kəsərkən affekt vəziyyətdə idi...” - Ekspert yozumu

Təhsil

25 Yanvar 2014, 13:12

Affekt – insanı tez bürüyən, sürətlə ötüb keçən, iradi nəzarətin pozulması ilə səciyyələnən emosional prosesdir. Bu zaman insan keçirdiyi qorxu, hiddət, qəzəb və s. hisslərə güclü şəkildə qapılır. Adətən, insana qarşı ədalətsiz, normalara uyğun gəlməyən, mənliyə toxunan hərəkətlər onu bir anda, sürətlə özündən çıxarır və kəskin hərəkətlərə yol verməsinə səbəb olur. Bu hala düşən adam etdiyi davranışlara, hərəkətlərə cavabdeh olmur. İnsan bu cür hərəkətlərin icrasına əvvəlcədən hazırlaşmır da. Onun bütün hərəkətləri şüurun nəzarətindən kənar baş verir. Affekt halı ciddi ruhi-duyğu pozğunluğudur. Hətta insan affekt vəziyyətində cinayət törədəndə belə onun cəzası yüngülləşdirilir.

Keçmiş məhkəmə tibb eksperti Sərdar Cəlaloğlunun Modern.az-a verdiyi məlumata görə, cinayətin affekt vəziyyətində törədilib-törədilməməsini yalnız Məhkəmə Psixiatrik Ekspertiza təyin eləyir:

“Affekt insanın güclü ruhi oyanma vəziyyətində düşünmə qabiliyyəti, mühakimə qabiliyyətinin dayanması deməkdir. İnsan affekt vəziyyətində düşünə bilmir, törətdiyi bütün hərəkətlər onun iradəsindən xaric olur. Bu əslinə baxsan mənim sahəmə aid deyil. Bunu psixoloq, psixiatrlar yoxlayır. Çünki affekt vəziyyət keçirdiyi ruhi vəziyyətdir. Və bu vəziyyətin olub olmadığını yalnız Məhkəmə Psixiatrik Ekspertiza təyin eləyir. Bu məqsədlə məhkəmə qərar verir, həmin xəstəni psixiatrik xəstəxanaya yerləşdirirlər. Və həmin adamda affekt vəziyyətini yarada bilən psixi bir dəyişilmələr olub olmadığını aydınlaşdırırlar. Bütün məhkəmələrdə olduğu kimi bu məsələdə də ekspert rəyləri, qanunla yanaşı hakimin özünün də rəyi əsas götürülür. Yəni hakim əgər situasiyanı özü üçün tam aydın təsəvvür eləyirsə ki, belə bir situasiyada vətəndaş heç cür hərəkətinə cavabdehlik daşıya bilməz, onda o qərar verir ki, bəli, bu bir affekt vəziyyətidir. Məsələn, biri içəri girib görür ki, biri onun oğlunun başını kəsib. Bu mənzərə təbii ki, o adamın bütün şüurunu, düşüncəsini tormozlayır və əgər o həmin adamı (oğlunun başını kəsən) öldürürsə, bu ruhi pozğunluq vəziyyəti kimi dəyərləndirilir”.

Misranə Həsənzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı