Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Əjdər Talıbov və İsmət Məmmədov tutulub. DİN mətbuat xidmətinin məlumatına görə, onlar həmyerliləri Mirzə Mirzəyevi və onun ailə üzvlərini öldürəcəkləri ilə hədələyib 200.000 manat pul tələb etdikləri üçün tutulublar.
Faktla əlaqədar cinayət işi başlanıb.
Modern.az