Modern.az

Səlim Müslümov Lənkəranda vətəndaşları qəbul edib-FOTO

Səlim Müslümov Lənkəranda vətəndaşları qəbul edib-FOTO

Təhsil

25 Yanvar 2014, 15:16

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, yanvarın 24-də Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov  Lənkəran rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında həmin rayonun və Lerik, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinlərini qəbul edib. Bu haqda Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qəbul zamanı ümumilikdə 100 nəfərdən çox sakinin «Açıq qapı» şəraitində müraciətləri dinlənilib. Müraciətlər əsasən ünvanlı dövlət sosial yardımının təyinatı, əlillik qruplarının verilməsi, dövlət hesabına mənzil və minik avtomobilləri, bərpa-müalicə xidməti,reabilitasiya avadanlıqları, münasib işlə təmin olunma və digər məsələləri əhatə edib.

Vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələ nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv şəkildə araşdırılıb.

Qəbul zamanı müraciətlərinə uyğun olaraq 3 nəfər əlil vətəndaşa əlil arabasıverilib. Eyni zamanda, bir sıra vətəndaşların ailələrinin ünvanlı yardım almaq hüququnun olub-olmamasının yerindəcə araşdırılması, əlillik qrupu almaq üçün müraciət edənlərin əlillik müayinələrinə cəlb olunaraq obyektiv qərar qəbul edilməsi, iş axtaran şəxslərin qısa müddətdə məşğulluğunun təminatına müvafiq köməklik göstərilməsi, ayrı-ayrı imtiyazlı şəxslərin müraciətlərinə əsasənsanator-kurort yollayışları, həmçinin nazirliyin  tabeliyindəki bərpa-müalicə müəssisələrinə göndərişlə təmin olunması və s. barədə tapşırıqlar verilib.

Mənzillə bağlı müraciət edən və mənzil növbəliliyi siyahısında olan imtiyazlı vətəndaşlara yaşadıqları ərazidə əlil və şəhid ailələri üçün tikiləcək yaşayış binalarında növbəlilik əsasında mənzillə təmin olunacaqları, minik avtomobili almaq üçün növbədə dayanmış Qarabağ müharibəsi əlillərinə və digər əlillərəisə cari il ərzində avtomobil ala biləcəkləri bildirilib. Müraciət etdikləri məsələlərlə əlaqədar qanunvericilik barədə məlumatlı olmayan şəxslərə müvafiq hüquqi izahatlar verilib.

Müraciətlərdə digər dövlət qurumlarının səlahiyyətlərinə aid olan məsələlər  aidiyyatiüzrə həmin qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı