
Fransa prezidenti Fransua Ollandın vətəndaş nikahında olan həyat yoldaşı Valeri Ttrierveyler Yelisey sarayında dəyəri 4 milyon dollar olan antikvarı dağıdıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, ixtisasca jurnalist olan xanım prezidentin aktrisa Jüli Qaye ilə sevgi romanına görə dövlət başçısının rezidensiyasında bu addımı atıb. 9 il Fransua Ollanlda birgə yaşayan incidilən və qəzəblənən xanım acığını Yelisey sarayından çıxmaq qərarına gəlib. Onun məhz bu olaydan sonra depressiyaya düşərək xəstəxanada həkim müayinəsindən keçdiyi bildirilir.
Modern.az