Modern.az

Bakıda sökülməkdə olan bina uçub, 2 nəfər ölüb - FOTOLAR

Bakıda sökülməkdə olan bina uçub, 2 nəfər ölüb - FOTOLAR

Təhsil

25 Yanvar 2014, 19:14

Modern.az saytı xəbər verir ki, yanvarın 25-də Bakının Nərimanov rayonu ərazisindəki Heydər Əliyev prospektində 5 mərtəbəli binanın söküntüsü zamanı qəfil uçqun baş verib. Binanın divarları Heydər Əliyev prospektinə uçduğundən yol kənarında dayanmış bir neçə avtomobil dağıntılar altında qalıb.
Hadisə yerinə təcili tibbi yardım maşınları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çağırılıb. Olay yerinə cəlb olunan xilasedicilər dağıntılar altından iki nəfərin cəsədini çıxarıblar.

Fövqəladə Hallar Nazirliyi hadisə barədə rəsmi məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda hal-hazırda yaşayış olmayan, sökülməkdə olan beşmərtəbəli bina uçub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bina uçarkən dağıntıları yaxınlıqda olan avtomobilin üzərinə tökülüb. Nəticədə 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğlu ölüb.
Müvafiq tədbirlərd nəticəsində cəsədlər 17:00-da uçqun altından çıxarılıb. Müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.




Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı