Modern.az

Əvəz Temirxan: “Milli Şuranın parçalanmasında bizim heç bir təqsirimiz yoxdur”

Əvəz Temirxan: “Milli Şuranın parçalanmasında bizim heç bir təqsirimiz yoxdur”

Təhsil

14 Fevral 2014, 11:45

Milli Şuranın sessiyasında qalmaqal yarandı: Əvəz Temirxan qurumun üzvlüyündən çıxdı
“Milli Şuranın parçalanmasına görə Liberal Partiyasında və özümdə heç bir təqsir görmürəm”. Bunu Modern.az saytına ALP sədri Əvəz Temirxan deyib. Onun sözlərinə görə Milli Şuradan istefa versə də, sözügedən quruma qarşı hər hansı əks təbliğat kampaniyası aparmayıblar.

“Milli Şuranın nüfuzuna xələl gətirə biləcək hər hansı bir fəaliyyət göstərməmişik. ALP Milli Şuradan çıxanda orda qalıb fəaliyyətini davam etdirənlərə uğurlar  dilədik”-deyə Ə.Temirxan bildirib.

ALP sədri qeyd edib ki, hazırkı situasiyada da Milli Şuraya qarşı qərəzli mövqe tutmayıblar və təşkilat əleyhinə heç bir kampaniyaya qoşulmurlar. “Yenə də onlara sıx əməkdaşlıq, birlik və uğurlar diləyirik”.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı