Modern.az

Lənkəranda bağçada uşaqlara şiddət göstərilib? - Araşdırma aparılır

Lənkəranda bağçada uşaqlara şiddət göstərilib? - Araşdırma aparılır

Təhsil

29 May 2025, 09:36

Lənkəranda yerləşən “Kaspi Kids” uşaq bağçasında uşaqlara göstərilən şiddətlə bağlı sosial şəbəkədə videolar yayılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun Modern.az-a verilən məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

"Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur", - məlumatda deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri