Modern.az

ATƏT: “Qondarma "seçkilər" Qarabağ münaqişəsinin həllinə heç bir təsir etməyəcək”

ATƏT: “Qondarma "seçkilər" Qarabağ münaqişəsinin həllinə heç bir təsir etməyəcək”

Təhsil

25 May 2010, 11:20

ATƏT Dağlıq Qarabağda qondarma “parlament seçkiləri”ni pislədi. Modern.az xəbər verir ki,

ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi, xarici işlər naziri Kanat Saudabayev Dağlıq Qarabağda keçirilmiş “parlament seçkiləri“nə münasibət bildirib. ATƏT sədri qeyd edib ki,  Dağlıq Qarabağdakı “parlament seçkiləri” heç bir şəkildə münaqişənin nizamlanması prosesinin nəticələrinə təsir göstərə bilməz.

ATƏT sədri, həmçinin bildirib  ki, rəhbərlik etdiyi qurum Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağın müstəqilliyini tanımır. Bu səbəbdən də “parlament seçkiləri”nin keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə heç bir təsir etməyəcək.

K.Saudabayev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyəcəyini və bütün mümkün vasitələrlə münaqişə tərəfləri arasında danışıqların davam etdirilməsinə kömək göstərəcəyini söyləyib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı