Modern.az

Sarısu gölünün ətrafında 9 yaşayış məntəqəsi boşaldılıb

Sarısu gölünün ətrafında 9 yaşayış məntəqəsi boşaldılıb

Təhsil

25 May 2010, 11:29

Sarısu gölündə bəndlərin dağılması səbəbindən Saatlı və Sabirabad rayonları ərazisindəki 9 yaşayış məntəqəsinin əhalisi çıxarılıb.
Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, 24 may 2010-cu il tarixində səhər saatlarında Sarısu gölündə bəndin yuyulması nəticəsində daşqın sularının ətrafa yayılması ilə əlaqədar olaraq təhlükəli hesab edilən ərazilərdə - Sabirabad rayonunun Qasımbəyli, Muradbəyli, Əsgərbəyli, Axtaçı kəndlərində, Saatlı rayonunun Novruzlu, Dəllər, Nərimankənd, Musalı kəndlərində və yaxınlıqda yerləşən məcburi köçkün şəhərciyində yaşayan əhali təxliyyə edilib.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Almaniyadan şok xəbərdarlıq - Putin SSSR-ni qurmaq istəyir