Modern.az

Nəqliyyat Nazirliyində təbii fəlakətlə bağlı komissiya yaradıldı

Nəqliyyat Nazirliyində təbii fəlakətlə bağlı komissiya yaradıldı

Təhsil

25 May 2010, 15:37

Nəqliyyat naziri Ziya Məmmədov “Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 may 2010-cu il tarixli sərəncamının icrası ilə bağlı komissiya yaradılmasına dair əmr imzalayıb. Modern.az xəbər verir ki. Bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında bildirilib.

Nazirin əmrində bildirilir ki, baş vermiş təbii fəlakət nəticəsində nəqliyyat-yol kompleksi sahələrinə, o cümlədən avtomobil və dəmir yollarına ciddi ziyan dəymiş, yaranmış müəyyən çətinliklərlə bağlı həmin ərazilər üzrə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb. Qeyd olunan məsələlərin həllinə yönəlmiş işlərin təşkili, istiqamətləndirilməsi, əlaqələndirilməsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan Respublikasının müvafiq qurumları ilə yanaşı Nəqliyyat Nazirliyi də zəruri tədbirlər görür. Əmrə əsasən, təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması ilə əlaqədar dövlət başçısının sərəncamının icrası olaraq, fəlakət zonasında sıradan çıxmış yol-nəqliyyat infrastrukturu obyektlərinin bərpası və yenidən qurulması, dəymiş maddi ziyanın həcminin qiymətləndirilməsi və ödənilməsi, habelə gələcəkdə bu cür halların qarşısının alınması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə Ziya Məmmədovun sədrliyi, ilə Komissiya yaradılıb. Komissiya sədrinin müavini nəqiyyat nazirinin müavini cənab Musa Pənahovdur. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun, Nəqliyyat Nazirliyi Aparatının rəhbəri Cavid Nəcəfovun, “Avtonəqliyyatservis” Departamentinin rəisi Çingiz Baxışevin, Nazirliyin Təhlükəsizlik və fövqəladə hallar şöbəsinin müdiri Kazım Şərifovun, Maliyyə və kredit şöbəsinin müdiri Faiq Ələkbərovun, Nəqliyyat müfəttişliyi şöbəsinin müdiri Rəşad Məmmədovun və Katibliyin müdiri Namiq Həsənovun daxil olduğu komissiyaya tapşırılıb ki, təbii fəlakətə məruz qalmış ərazilərdə nəqliyyat infrastrukturunun bərpası və yenidən qurulması üçün tədbirlərin həyata keçirilməsinə dair təkliflər hazırlasın. Bundan başqa, gələcəkdə mümkün ola biləcək belə halların qarşısının alınması üçün kompleks tədbirlərə dair də təkliflər hazırlanmalı, fəlakət zonasında əhalinin daşımalara olan tələbatının təmin edilməsi, həmin ərazilərdə aparılan qəza-bərpa işləri ilə bağlı yük daşımalarının yerinə yetirilməsi, habelə lazımi maddi-texniki vəsaitlərlə və işçi qüvvəsi ilə yardım göstərilməsi üçün də zəruri tədbirlər görülməlidir. Əmrdə göstərilir ki, uçmuş, qəzalı vəziyyətə düşmüş nəqliyyat infrastrukturu obyektlərinin siyahısı hazırlanmalı, eləcə də həmin obyektlərə dəymiş ziyanın həcmi müəyyənləşdirilməlidir.   Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı