st1:*{behavior:url(#ieooui) }
Kürqırağı rayonlarda ciddi təhlükə hələ də qalmaqdadır. Sarısu gölünün şərq sahilində bir neçə istiqamətdə bəndin yuyulması nəticəsində təhlükəli vəziyyətə düşmüş Sabirabad rayonunun Qasımbəyli, Muradbəyli, Əsgərbəyli, Axtaçı kəndlərinin, Saatlı rayonunun Novruzlu, Dəllər, Nərimankənd, Musalı kəndlərinin və yaxınlıqdakı məcburi köçkün şəhərciyinin əhalisi tam təxliyyə edilib. Bu arada Saatlı İcra Hakimiyyətindən Modern.az saytına ilginc məlumat verilib. Məlumata görə, hökumət komissiyası indi də Sarısuyun Araz çayına birləşdirilməsi məsələsinə baxır və bu istiqamətində iş getdiyi bildirilir. Paralel olaraq Arazın bəndləri bərkidilir. Rayondan verilən məlumata görə, Sarısu Araza axıdılmasa Sabirabad və Saatlı rayon mərkəzləri də su altında qala bilər. Ancaq ikinci variantda su bəndlərdən sıza bilər.
Qeyd edək ki, Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru İmişli, Saatlı və Sabirabad rayonlarının sırhəddində 22 km uzanan Sarısuda adi vaxtlarda dərinlik 2 metr olduğu halda, indiki zamanda bu göstərici 7, 8, bəzi yerlərdə isə 11 metrə çatır. Gölə suyun belə çox yığılması onun daşmasına səbəb olub ki, nəticədə də Saatlı, Sabirabad, İmişli rayonlarının 10-dan çox kəndini su basıb.
Modern.az