Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Bakının memarlıq incilərindən sayılan Əjdərbəy məscidinin əsaslı təmirinin, bərpasının və aparılan yenidənqurma işlərinin tamamlanması üçün Prezidentin ehtiyat fondundan Bakı şəhər İcra hakimiyyətinə 3 milyon manat məbləğində vəsait ayrılıb.
Ötən əsrin əvvəllərində, 1912-1913-cü illərdə tanınmış xeyriyyəçi hacı Əjdərbəy Aşurbəyov tərəfindən Bakı şəhərində tikilib istifadəyə verilmiş məscid Azərbaycanda mötəbər dini ibadət mərkəzlərindən biridir. Bu müqəddəs məbəd müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar “İttifaq” məscidi adı ilə tanınıb.