Modern.az

NATO baş katibinin müavini Mustafa Krımoğlunu qəbul edəcək

NATO baş katibinin müavini Mustafa Krımoğlunu qəbul edəcək

Təhsil

14 Mart 2014, 00:10

NATO baş katibinin müavini Aleksandr Verşbou martın 14-də Alyansın Brüsseldəki mənzil-qərargahında Ukrayna Ali Radasının üzvü, Krım tatarlarının lideri Mustafa Abdulcəmil Krımoğlunu qəbul edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun pres relizində deyilir.

Qeyd edək ki, martın 12-də Krım tatarlarının lideri, 1991-2013-cü illərdə Krım Tatar Məclisinə rəhbərlik etmiş Mustafa Abdulcəmil Krımoğlu ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər Krımda yaranmış vəziyyəti müzakirə ediblər. 

 Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı