Modern.az

Qaradağda sərnişin avtobusu ilə "Prado" toqquşub: 1 ölü, 3 yaralı

Qaradağda sərnişin avtobusu ilə "Prado" toqquşub: 1 ölü, 3 yaralı

Təhsil

14 Mart 2014, 01:10

Bakının Qaradağ rayonunda 1 nəfərin ölümü və 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Xocahəsən qəsəbəsi ərazisində qeydə alınıb. Avtovağzaldan Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan "90 HR 352" dövlət nömrə nişanlı "Toyota Prado" markalı avtomobil magistral yolda qoşa xəttin tələbinə məhəl qoymayaraq dönmək istəyərkən qarşı tərəfdən gələn "10 TE 932" nömrəli "Daewoo" markalı marşrut avtobusu ilə toqquşub. Zərbə güclü olduğundan hər iki   avtomobil yolun kənarında olan su kanalına düşüb. "Toyota Prado"nun sürücüsü avtomobilin ön şüşəsindən çıxaraq kanala  düşüb. Onun cəsədi ətrafdakı insanlar tərəfindən çıxarılıb. Avtobusun sürücüsü və bir neçə sərnişin ağır bədən xəsarətləri ilə 1 saylı şəhər kilinik xəstəxanasına çatdırılıblar. 

Hadisə yerinə Dövlət Yol Polisinin Qaradağ Rayon Şöbəsinin əməkdaşları gəlib. Hər iki avtomobil su kanalından çıxarılaraq evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar.   

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı