Bavariya futbol klubunun prezidenti Uli Hoeness vergidən yayınmaqda təqsirli bilinərək Münhen məhkəməsi tərəfindən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Modern.az saytının «BBC»-yə istinadən verdiyi məlumata görə, Uli Hoeness 37 milyon dolllardan artıq məbləğdə vergi ödəməməkdə və İsvəçrə bankında gizli hesab saxlamaqda ittiham olunub.
62 yaşlı Uli Hoeness 1972-cü ildə Almaniya yığmasının heyətində Avropa, 1974-cü ildə isə dünya çempionu olub.
Ötən il Uli Hoeness məhkəmə təqibindən qorunacağına ümid edərək gəlir deklarasiyasında düzəlişlər etmişdi.
Vergi qalmaqalına baxmayaraq, Uli Hoeness Almaniyada populyar fiqur olaraq qalır, çünki son dövrlərdə Bavariya klubunun əldə etdiyi uğurlar məhz onun adı ilə bağlanılır.
Ötən il klub səhmdarlarının iclasinda Uli Hoeness vəzifəsindən istefa vermək arzusunu bildirsədə, Bavariya klubunun direktorlar şurası və azarkeşlər bunun əleyhinə olmuşdular.
Modern.az