Qobustan rayonunda, Bakı - Ələt yolunun 50 -ci kilometrliyində sürücülər etiraz aksiyası keçirib. Modern.az saytının musavat.com-a istinadən verdiyi xəbərə görə, Bakı-Ələt magistralı 2 saat bağlı qalıb. Yolu yük maşınlarının sürücüləri bağlayıb. İlkin məlumata görə, buna səbəb Nəqliyyat Nazirliyinin yük maşınlarına yük üçün məhdudiyyət tətbiq etməsi olub.
Qeyd edək ki, 13 mart tarixində tanınmış iş adamı Hacı İbrahim də bu məhdudiyyətə görə maşınlarının işləməsinə imkan verilmədiyini bəyan etmişdi. Bütün bunların isə nəqliyyat naziri Ziya Məmmədovun göstərişi ilə baş verdiyi deyilir. Həmin ərazidə kilometrlərlə tıxac yaranıb. Aksiya saat 01.30 radələrində bitib.Modern.az