Modern.az

Qayadan asılı qalan kişini FHN xilas eledi

Qayadan asılı qalan kişini FHN xilas eledi

Təhsil

14 Mart 2014, 02:00

Qubada köməksiz vəziyyətdə qalan şəxs xilas edilib. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Quba rayonu, Zizik kəndində bir nəfər dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər.   

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1972-ci il təvəllüdlü vətəndaş ağacdan yıxılaraq qayadan asılı vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı qayadan endirib və yaxınlarına təhvil veriblər.   

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı