Bakı şəhəri 3-cü mikrorayon ərazisindəki iri ticarət mərkəzlərindən birində yanğın başlayıb.
ANS PRESS-in xəbərinə görə, hadisə “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı “Moskva Univermağı” adlanan ticarət mərkəzində baş verib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın əsasən gəlin paltarları və ümumilikdə trikotaj məhsullarının olduğu mərtəbədə baş verib.
Hadisə yerinə FHN dövlət yanğından mühafizə briqadalarının yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğın məhdudlaşdırılıb. İlkin məlumata əsasən 1 ədəd eskalatorun yanar hissələri yanıb. Əlavə məlumat veriləcək.
Yanğın 2-ci və 3-cü mərtəbədə başlayıb. Əsas ziyan 2-ci mərtəbəyə dəyib. Gəlin paltarları və qızıl bölmələrinin 70-dən çoxu yanıb.
FHN-nin hadisə yerində olan yüksək rütbəli əməkdaşının bildirdiyinə görə, yanğın 07:55-də univermağın 2-ci və 3-cü mərtəbələri arasındakı eskalatorda başlayıb. Hal-hazırda yanğın lokallaşdırılıb. Yanğına ilkin səbəb kimi qısaqapanma göstərilib. Yanğın səhər tezdən baş verdiyi üçün satıcılar hələ fəaliyyətə başlamadığından heç kəs xəsarət almayıb. Bu anlar yanğın ocaqlarının söndürülməsi işləri aparılır.
Qeyd: FOTOLAR axar.az-ındır