Bu gün Yasamal rayon 24 saylı uşaq yaradıcılıq mərkəzi Novruz bayramı ilə bağlı tədbir keçirib. Modern.az saytı xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin və təhsil nazirliyinin nümayəndələri iştirak edib. Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini Vasif Məmmədov tədbirdə çıxışı zamanı bayramla əlaqədar silsilə tədbirlərin olacağını bildirib. O bildirib ki, tədbirin keçirilməsində məqsəd milli adət-ənənələrin gənclər, uşaqlar arasında təbliğ edilməsidir: Onun sözlərinə görə belə tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycan milli adət-ənənələrinin təbliğidir.
Namidə Bingöl