Modern.az

Əhməd Oruc İsa Qəmbər və İlyas İsmayılovla görüşüb

Əhməd Oruc İsa Qəmbər və İlyas İsmayılovla görüşüb

Təhsil

14 Mart 2014, 13:01


“Əvvəldən demişik ki, qanunvericilikdə dəyişiklik olmadan seçkidə iştirak doğru deyil. 2015-ci ilə qədər fəaliyyət istiqamətimiz mövcud seçki qanunvericiliyində dəyişikliklərlə bağlıdır. Bununla bağlı bir sıra görüşlərimiz olub”.

Bunu Modern.az-a Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. Onun sözlərinə görə, ölkədəki bəzi partiyaların fəaliyyəti qaneedici deyil: “Bəhanələrlə əsas işdən yayınırlar. Həmin partiyalar gündəlik məsələlərlə gündəmi məşğul edirlər. Faktiki olaraq, Milli Şura bir gün Avropaya inteqrasiya məsələsini, başqa gün AXCP-yə təzyiqlərlə bağlı geniş müzakirələr açır. Bütün bunlar cari məsələlərdir. Hər kəs bilir ki, bu qanunvericiliklə seçkidə iştirak etməyin mənası yoxdur. Dəfələrlə onlara müraciət etmişik ki, əsas hədəfə doğru addımlasınlar”.

Ə.Oruc seçki ilə bağlı apardığı danışıqların müsbət nəticələnəciyini qeyd edib: “Biz real addımlar atırıq. Ümid edirik ki, yaxın vaxtlarda nəyəsə nail ola biləcəyik. Son zamanlar İlyas İsmayılovla, İsa Qəmbərlə görüşmüşük. Hələ ki proseslərin aktiv aparılması ilə bağlı rəy yoxdur. Görüşdüyümüz təşkilatlarla hansısa qurum yaratmasaq da, razılaşma əldə etmək mümkün olacaq. Prinsipcə, buna kimsə etiraz etmir”.

 

 

İlkin PİRƏLİ

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı