Kənd Təsərrüfatı Naziri Heydər Əsədov bu gün Cəlilabad rayonunda vətəndaşlarla nəzərdə tutulmuş görüşü 28 mart 2014-cü il tarixinə keçirilib.
Həmin tarixdə nazir Heydər Əsədov saat 11:00-da Cəlilabad Olimpiya İdman Kompleksində (Ünvan: Cəlilabad şəhəri, Qurtuluş küçəsi, 296) Cəlilabad, Lənkəran, Masallı, Lerik, Yardımlı və Astara rayonlarının sakinləri ilə görüşəcək.Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Lənkəran Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 050-545-00-54) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.
Modern.az