Modern.az

Rusiyada Ukrayna müxalifətçilərinə cinayət işi açılıb

Rusiyada Ukrayna müxalifətçilərinə cinayət işi açılıb

Təhsil

14 Mart 2014, 17:46

Rusiyanın Şimali-Qafqaz federal dairəsinin baş istintaq idarəsi Ukraynanın UNA-UNSO təşkilatının sıralarında olan İqor Mazur, Valeri Bobroviç, Dmitri Korçinski, Andrey və Oleq Tyaqniboklar, Vladimir Mamalıqi və başqa şəxslər barəsində cinayət işi qaldırıb. Modern.az bildirir ki, bu haqda Rusiya Federasiyası İstintaq Komitəsinin saytında məlumat yerləşdirilib. Ukraynalılar 1994-1995-ci illərdə Çeçenistanda quldur dəstələri təşkil etməkdə ittiham olunurlar. Qeyd edək ki, Oleq Tyqnibok hazırda Ukraynanın “Azadlıq” Partiyasının lideridir və Kiyevdə keçirilən etiraz aksiyalarında xüsusi fəallığı ilə seçilib. Məlumatda qeyd edilir ki, Şamil Basaev və Xəttabın rəhbərliyi ilə Çeçenistan Respublikası ərazisində fəaliyyət göstərən quldur dəstələrinin təşkilində UNA-UNSO-nun üzvlərinin iştirakı haqda faktlar əldə olunub.

 

 

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı