Modern.az

Avropa İttifaqı Rusiya məmurlarının “qara siyahısı”nı hazırlayıb

Avropa İttifaqı Rusiya məmurlarının “qara siyahısı”nı hazırlayıb

Təhsil

14 Mart 2014, 17:55

Avropa İttifaqı Rusiyanın 120-130 yüksək vəzifəli məmurunun adı olan “qara siyahı” hazırlayıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, həmin şəxslərin Avropa İttifaqına daxil olan ölkələrə səfərinə qadağa qoyula, eyni zamanda aktivləri dondurula bilər. Avropa İttifaqı bu sanksiyanı Rusiya ordusunun Krıma yeridilməsinə cavab olaraq nəzərdə tutulur. Həmin sənəd hazırda Brüsseldədir və gələn həftənin birinci günü Avropa ölkələri xarici işlər nazirlərinin görüşünədək siyahı tam dəqiqləşdiriləcək. 

Sanksiyanın tətbiq olunacağı  arasında Federasiya Şurasının rəhbəri Valentina Matviyenko, baş nazirin müavini Dmitri Roqozin, Dövlət Dumasının xarici işlər üzrə komitəsinin rəhbəri Aleksey Puşkov, Rusiya Liberal Demokrat Partiyasının lideri, deputat Vladimir Jirinovski, Çeçenistan prezidenti Ramzan Kadırov və Putin siyasətinin əsas təbliğatçısı Dmitri Kiselyov da ola bilər.

 

 

 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı