Moskvada dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın elm adamının iştirakı ilə dünya alimlərinin əldə etdiyi nailiyyətləri qiymətləndirmək üçün Beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir Avropa Elmi və Sənaye Konsorsiumu, Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Rəyasət Heyəti, Avropa Təbiət Elmləri Akademiyası, “Publishing House” Təbiət Elmləri Akademiyası və tanınmış beynəlxalq elmi jurnalların redaksiya heyətinin təşkilatçılığı ilə baş tutub. İnstitutdan Modern.az-a verilən məlumata əsasən, konfransda Azərbaycan Milli Elmlər Akademiyası Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyev “Nobel medalı” mükafatına layiq görülüb. Eyni zamanda Z. Əliyevin soyadı “Rusiyanın tanınmış alimləri” elektron ensiklopediyasına daxil edilib.
Elmin Nuri