Modern.az

“Azərpoçt” bayram günlərində də xidmət göstərəcək

“Azərpoçt” bayram günlərində də xidmət göstərəcək

Təhsil

14 Mart 2014, 21:03

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Modern.az-a verilən məlumata görə “Azərpoçt” MMC-nin bütün mərkəzi poçt şöbələri Novruz Bayramı günlərində vətəndaşlara xidmət göstərəcək. Novruz Bayramı günlərində vətəndaşların bölgələrə səfərləri nəzərə alınmaqla bütün regional poçt şöbələri adi rejimdə işləyəcək. “Burada rəhbərliyin ümumi koordinasiyası ilə işçilərin müəyyən növbəlilik prinsipi əsasında vətəndaşlara xidmət göstərəcəklər. Qeyd edək ki,”Azərpoçt”MMC vətəndaşların rahatçılığının təmin edilməsi məqsədilə poçtalyonların mənzillərə sifarişlərini də təklif edir”-deyə məlumatda bildirilir.  

 

Gülşən Raufqızı

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı