Bu gün təhsil naziri Mikayıl Cabbarov Həyat Regens otelində təhsil uğurları ilə seçilən tələbələrlə görüşüb. Modern.az xəbər verir ki, nazir qeyd edib ki, təhsil uğurları ilə seçilən tələbələrlə görüş, həm “Sabah qrupları”nın yaradılması ideyası, həm tələbələrin uğurlu formulları, problem və qayğıları ilə tanış olmaq baxımından mühüm əhəmiyyət kəsb edir. “Azərbaycanda ali təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamət və hədəflərindən söhbət açan nazir müasir dövrdə yüksək ixtisaslı kadr hazırlığı məsələsinin də aktual olduğunu nəzərə çatdırıb”. Ümumilikdə təhsil sistemində həyata keçirilən liberal islahatlara diqqət çəkən nazir bu istiqamətdə atılan addımların əhəmiyyətindən bəhs edib: “İndi Boloniya sisteminə keçid tələbələrə imkan verir ki, təhsil planını və müddətini özü planlaşdırsın. Tələbələrin təsir imkanları minimuma endirilib. Artıq tələbənin ali məktəbdən xaric olunması kimi hallar aradan qaldırılır. Akademik müvəffəqiyyətsizlik olduğu təqdirdə tələbələr bir daha həmin problemin mənimsənilməsi üçün şans verilir. Biz artıq qadağalardan deyil, yeni imkanlardan və tərəqqi düşüncəsinə əsaslanan tədris mühitinin üstünlüklərindən danışmalıyıq”.
Görüşdə “Azərbaycan Respublikasında təhsil inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində ali təhsilin üzərinə düşən öhdəliklər, universitetlərin elm- təhsil innovasiyası üçbucağı dərk olunması
, tələbə-müəllim əməkdaşlığı, tələbə elmi cəmiyyətinin rolunun artırılması və bir sıra digər bu kimi məsələlər müzakirə olunub.
Rafiq Qənbərov