Modern.az xəbər verir ki, xalq artisti Ağasəlim Abdullayevin düşdüyü qəzanın bəzi təfərrüatları məlum olub. Bu haqda Milli.az məlumat yayıb. Belə ki, sərxoş vəziyyətdə sükan arxasında olan "Gelendewagen"in sürücüsünün adı bəlli ollub. A. Abdullayevin ailə üzvləri ilə birlikdə olduğu maşınla toqquşan 10 FE 007 dövlət nişanlı avtomobilin sürücüsü Xalid Mübariz oğlu Mədətovdur.
X. Mədətovun Xəzər Dəniz Neft donanmasının rəisinin oğlu olduğu bildirilir.
Modern.az