Modern.az

İstirahət günü temperatur 18 dərəcəyədək yüksələcək

İstirahət günü temperatur 18 dərəcəyədək yüksələcək

Təhsil

15 Mart 2014, 13:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında martın 16-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. 

Azərbaycanın rayonlarında martın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 13-18, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.

 

 

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı