Modern.az

BDU-nun aksiyaçı tələbələri Təhsil Nazirliyinə çağırılıb

BDU-nun aksiyaçı tələbələri Təhsil Nazirliyinə çağırılıb

تحصیلات

15 Mart 2014, 15:25

Bakı Dövlət Universiteti tələbələrinin etirazları ilə bağlı bu ali məktəbin dekan və prorektorları Təhsil Nazirliyinə dəvət olunublar.

Modern.az-a APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. C. Bayramov bildirib ki, aksiyalarla bağlı Bakı Dövlət Universitetinin tələbələri ilə görüş  keçirilib: “Tədris proqramlarında yükün ağır olması, imtahanların keçirilməsi ilə bağlı Bakı Dövlət Universitetinin bu sahəyə cavabdeh olan dekan və prorektorları Təhsil Nazirliyinə dəvət olunublar”.

Nazir müavini, universitetlərdə keçirilən imtahanların təşkilində şəffaflığın tam təmin olunacağını da vurğulayıb: “Bu qış imtahan sessiyası zaman Təhsil Nazirliyinin “qaynar xətt” xidmətinə korrupsiya halları ilə bağlı bir çox müraciət daxil olub, onlar nəzarət şöbəsi və universitetlər tərəfindən araşdırılır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı