Modern.az

SOCAR-ın binası ilin ən yaxşısı seçildi-FOTO

SOCAR-ın binası ilin ən yaxşısı seçildi-FOTO

Təhsil

5 Aprel 2014, 00:01

Modern.az saytı xəbər verir ki, Gürcüstanın Batumi şəhərində inşa edilən SOCAR yanacaqdoldurma məntəqəsini və McDonals restoranını özündə birləşdirən bina bir çox mötəbər nəşrlər tərəfindən diqqət mərkəzində olub.

Amerikanın məhşur “TheHuffington Post” media qrupu  sözükeçən binanı 2013-cü ildəinşa edilmiş 100 ən yaxşı tikili siyahısına salmaqla yanaşı binanı dünyanın ən kreativ və gözəl “fəstfud” tikilisi olaraq qiymətləndirib.

Məşhur “ArchDaily” inşaat şirkəti Batumidə yerləşən SOCAR bina layihəsini ilin ən yaxşı kommersiya məqsədli bina olaraq seçmişdir. Batumi şəhərindəki McDonals restoranı SOCAR şirkətinin Gürcüstandakı ən önəmli və məşhur layihələrindən biridir. Layihənin özəlliyi gözəl memarlıq - incəsənət nümunəsi olan binanın SOCAR yanacaqdoldurma müəsisəsi kimi fəaliyyət göstərməklə yanaşı, McDonals restoranını da özündə birləşdirməsidir.

3 mərtəbəli bina təmamilə metal və şüşə konstruksiyadan hazırlanmışdır. Binanın interyeri nəfis hazırlanmış asma bağ və onu əhatə edən su ilə işlənmiş, binanı əhatə edən şüşə konstruksiya daxili auraya müsbət təsir göstərməklə yanaşı daxilin günəş işığı ilə işıqlanmasına imkan verir.   Bina dizaynının digər özəlliyi isə SOCAR yanacaqdoldurma məntəqəsi və McDonald’s restoranının bir-birindən fiziki və vizual olaraq ayrılmasıdır.  

Belə ki, McDonald’s restoranının müştəriləri SOCAR yanacaqdoldura məntəqəsini görmürlər. Binanın şüşə konstruksiyası onu kənardan gələn səslərdən izolasiya edir. Qeyd edək ki, bina dizaynının müəllifi gənc gürcü memar Giorgi Khmaladzedir.  

 

 

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı