Modern.az

Mustafa Krımoğlu Dövlət Departamentində görüşlər keçirib

Mustafa Krımoğlu Dövlət Departamentində görüşlər keçirib

Təhsil

5 Aprel 2014, 02:14

Krım türklərinin lideri Müstafa Cəmil Krımoğlu ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri Uendi Şermanla görüşüb.

Modern.az saytının “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin nümayəndəsi Mariya Harf gündəlik brifinqdə bu görüş haqda jurnalistlərə məlumat verib  

Mariya Harf bildirib ki, Dövlət Departamentində Mustafa Cəmil Krımoğluna ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyi vurğulanıb.

Eyni zamanda Amerika Birləşmiş Ştatlarının Krım türkləri də daxil olmaqla Urkaynada insan haqlarının qorunması prinsipinə sadiqliyi qeyd olunub.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı