Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisində qrup yığıncağına girərkən bir şəxsin yumruqlu hücumuna məruz qalan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna “keçmiş olsun” deyib.
Ərdoğan olayın ardından qeyd edib: “Şiddət ehtiva edən hərəkətləri qınayırıq. Keçmiş olsun diləklərimi çatdırıram”. Prezident Abdulla Gül isə K. Kılıçdaroğluna zəng edərək “keçmiş olsun” diləklərini çatdırıb.
Qeyd edək ki, Kamal Kılıçdaroğluna hücum edən adamın ərzurumlu Orxan Övet olduğu bildirilib.
Rafiq Qənbərov