Modern.az

Azərbaycan Ordusunun giziri intihar edib

Azərbaycan Ordusunun giziri intihar edib

Təhsil

10 Aprel 2014, 10:54

Azərbaycan Ordusunda intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin giziri, Ələkbərov Samir Sərxan oğlu özünü asıb. Hərbi qulluqçunun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, S. Ələkbərov Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...