Modern.az xəbər verir ki, Təhsil Nazirliyi dövlət uşaq müəssisələrində uşaqların saxlanma vəziyyətinə və onlara göstərilən xidmətə nəzarətin səmərəli həyata keçirilməsi məqsədi ilə internat məktəblərində videokameralar quraşdırılması barədə qərar qəbul edib. Videokameraların quraşdırılması uşaqlara verilən qidanın keyfiyyətinə və ərzağın tələb olunan normalara uyğun sərfiyyatına nəzarət mexanizminin təmin edilməsi məqsədlərinə xidmət edəcək.
Qeyd edək ki, son aylarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir sıra uşaq müəssisələrində qida standartlarının pozulması faktlarını aşkarlayıb.
Misranə Həsənzadə