Modern.az

"Putin Qərbə qulaqburması verir..."

"Putin Qərbə qulaqburması verir..."

Təhsil

14 Aprel 2014, 09:47

Qüdrət Həsənquliyev: "Qərbin əli ilə Ukraynada hakimiyyətə gəlmiş uşaqlar Qərbdən tapşırıq gözləyir, ölkənin müdafiəsini təşkil etmirlər"

“Basqasının əlində hakimiyyət naminə alət olmağin sonu belə olur”

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev BayMedia.Az saytına Ukraynada baş verən son hadisələrlə bağlı münasibətini açıqlayıb.

BAXCP sədri bildirib ki, Ukraynada inqilab hazırlayan ABŞ və AB Rusiyanın addımlarını proqnozlaşdıra bilmədiklərindən cixilmaz vəziyyətə düşüblər: "Qərbi arxasınca apara biləcək parlaq lider, daha doğrusu,  indiki zamanda sərkərdə olmadığından Putin onların qulaqlarından tutub burur, burduqca onlar ayaqlarını yerə döyüb qışqırırlar. Onlar qışqırdıqca isə Putin daha bərk qulaqburması verir. Nəticədə isə Ukrayna dovləti dağılır. Qərbin əli ilə hakimiyyətə gəlmiş uşaqlar isə Qərbdən tapşırıq gözləyir, ölkənin müdafiəsini təşkil etmirlər. Qərb dövlətləri də öz növbələrində müharibə olacağı təqdirdə sifətlərini tam itirəcəklərindən qorxaraq belə tapşırıq vermirlər. Qərbin oyuncaqlarının isə hətta ləyaqətləri catmır ki, qarant öhdəliyini yerinə yetirməyən ölkələrdən nüvə silahını geri tələb etsinlər".
"Vəziyyətdən çıxıs yolunu nədə görürsünüz" sualını cavablandıran Qüdrət Həsənquliyev qeyd edib ki, belə vəziyyətdə
Atatürk kimi bir şəxsiyyət ortaya cıxmalı və Ukraynanı azad etməlidir: “Əks halda Ukrayna ərazilərinin böyuk hissəsini itirəcək. Hətta ola bilsin ki, Rusiya Ukraynada hakimiyyəti də dəyişib öz oyuncaq dövlətini qursun. Basqasının əlində hakimiyyət naminə alət olmağin sonu belə olur". 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı