Modern.az

"Elçibəy Müsavatın başqanı olmağa razılıq vermədi" - Arif Hacılı

"Elçibəy Müsavatın başqanı olmağa razılıq vermədi" - Arif Hacılı

Təhsil

14 Aprel 2014, 10:35

"AXC-nin bazasında Müsavat Partiyasının yaradılması təklifi Türkiyədəki Azərbaycan Milli Mərkəzinin rəhbərləri tərəfindən gəlmişdi. Sadəcə, bu təklifi Əbülfəz Elçibəy qəbul etmədi. O, hesab edirdi ki, Azərbaycanın siyasi səhnəsində Xalq Cəbhəsinin görəcəyi işlər çoxdur və partiyalaşma dövrü sonrakı dövrə saxlanılmalıdır".

Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, Elçibəy İsa Qəmbərin rəhbərliyi altında Müsavat Partiyasının yaradılmasının tərəfdarı olub:

"Onun Xalq Cəbhəsi və Müsavat Partiyası haqqında bir fikri vardı, bu partiyaları "müttəfiq-rəqiblər", "rəqib-müttəfiqlər" adlandırırdı. O düşünürdü ki, Azərbaycan siyasi səhnəsində təxminən Amerikada olduğu kimi iki güclü təşkilat olmalıdır. Müsavat Partiyası bərpa olunan zaman Əbülfəz Elçibəyə partiyanın başqanı olmasını təklifini etdik, o, buna razı olmadı. Biz Müsavat Partiyasını Elçibəyin də xeyir-duasını almaqla yaratmışıq".

İlkin

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı