Modern.az

“Google” Krımı Rusiyaya birləşdirdi

“Google” Krımı Rusiyaya birləşdirdi

Təhsil

14 Aprel 2014, 10:38


Dünyanın ən böyük axtarış sistemlərindən olan “Google” Krımı Rusiyaya verdi. Modern.az anspress-ə istinadən xəbər verir ki, “Google”un xəritə xidməti göstərən “Maps” tətbiqində Krım bütöv xətlə Rusiya ərazisi kimi göstərilib. Qəribədir ki, bu sadəcə “Google”nin rus səhifəsində belədir. Digər dillərdə olan xəritələrdə isə Ukrayna ilə Krımı ayıran xət kəsik-kəsik göstərilib. Qeyd edək ki, “Google” analoji “əliaçıqlığı” Abxaziya üçün göstərməyib. Çünki Abxaziya ilə Gürcüstan arasındakı sərhəd hələ də qırıq-qırıq xətlə göstərilir.                     

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı