Modern.az

Qafqaz Universitetinə tələbə qəbulunun dayandırıldığı xəbəri yayıldı

Qafqaz Universitetinə tələbə qəbulunun dayandırıldığı xəbəri yayıldı

Təhsil

14 Aprel 2014, 11:12

Modern.az saytına daxil olan məlumata görə, bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul aparacağı ali təhsil müəssisələrinin sırasına Qafqaz Universiteti daxil edilməyib.
Amma Qafqaz Universitetinin prorektoru Natiq Paşa yayılan məlumatın əksinə olaraq bu il universitetə qəbul aparılacağını qeyd edib:
“Bütün sənədləri, qəbul planlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına vermişik və Komissiya onları təsdiqləyib. Qafqaz Universitetinin qəbul siyahısından çıxarılması xəbəri inandırıcı deyil. Qəbul mütləq aparılacaq. Hətta builki planımız keçən ilkindən təxminən 128 nəfər artıqdır”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından və Təhsil Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

 

Misranə Həsənzadə

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı