Modern.az

Zakir Qaralov 6 bölgənin sakinləri üçün qəbul keçirəcək

Zakir Qaralov 6 bölgənin sakinləri üçün qəbul keçirəcək

Təhsil

14 Aprel 2014, 11:35

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il aprelin 25-də saat 11:00-da Mingəçevir şəhər prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Yevlax, Bərdə, Ağdaş, Ucar və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluqdan bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Mingəçevir şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə şəhər və rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı