Modern.az

Rza Zərrab daha bir müxalifət liderini məhkəməyə verdi

Rza Zərrab daha bir müxalifət liderini məhkəməyə verdi

Təhsil

14 Aprel 2014, 11:43

17 dekabr “Böyük rüşvət” əməliyyatından sonra ən çox gündəmdə olan Azərbaycan əsilli iş adamı Rza Zərrab Cümhuriyyət Xalq Partiyasının (CHP) lide Kamal Kılıçdaroğlundan sonra Milliyətçi Hərəkat Partiyasının (MHP)  sədri Dövlət Baxçalını də məhkəməyə verib. Rza Zərrabın iddiasına görə, Baxçalı martın 30-da keçirilən bələdiyyə seçkilərinə 3 gün qalmış Kahramanmaraşdakı çıxışında onu təhqir edərək “Şarlatan” (saxtakar) adlandırıb. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zərrab bunun müqabilində 100 min lirəlik mənəvi təzminat tələb edib.

Xatırladaq ki, o, CHP lideri Kılıçdaroğlunu da 2 dəfə 100 min lirəlik təzminatla  məhkəməyə vermişdi. Rza Zərrabın vəkili Şeyda Yıldırım vasitəsilə İstanbul Ədliyyə Hüquq Məhkəməsinə verdiyi ərizədə Baxçəlinin Kahramanmaraşdakı çıxışında “İrandan bir saxtakar gəlmiş, nə olduğu bəlli olmayan. Bu şarlatan 4 nazir balasını da rüşvətə öyrəşdirib, Türkiyəni soyub talayıb. Bu iranlı saxtakar 43 gün sonra azad edildi. Ərdoğan nə oldu, da buna etiraz etmədi?”,  - fikri də qeyd edilib.   

 

Ayşən Mönsümlü

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı