“Suriyadakı vətəndaş müharibəsi dönüş nöqtəsidir”. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd Şam Universitetində çıxışı zamanı deyib. O bildirib ki, ölkəsində üç ildir davam edən vətəndaş müharibəsidə Suriya ordusu üstün mövqelərə yiyələnib. B. Əsədin sözlərinə görə Suriya ordusunun üsyançıları öldürməsi antiterror əməliyyatının nəticəsidir. Bəzi dairələr bunu B. Əsədin qələbəsi kimi dəyərləndirsə də, reallıq bunun əksini deyir. Bu arada B. Əsədin üçüncü dəfə prezidentliyə namizəd olacağı gözlənilir. Qeyd edək ki, Suriyada üç ildən çox davam edən vətəndaş müharibəsində 120 mindən çox insanın öldüyü bildirilir.
Rafiq Qənbərov