Modern.az

Nuriyyə Əhmədovanın vəziyyətinə aydınlıq gətirildi

Nuriyyə Əhmədovanın vəziyyətinə aydınlıq gətirildi

Təhsil

14 Aprel 2014, 12:29


3 saylı Şəhər Klinik Xəstəxanasından Modern.az-a verilən məlumata görə, xalq artisti Nuriyyə Əhmədovanın vəziyyəti yaxşıya doğru gedir. O, həkim Məhəmməd Məmmədovun nəzarəti altında travmotologiya-ortopediya şöbəsində müalicəsini davam etdirir.

Qeyd edək ki, xalq artisti N.Əhmədova aprelin 4-də 11 saylı marşrut üzrə hərəkət edən avtobusda xəsarət alıb. Sürücünün qəfildən əyləcə basması nəticəsində  aktrisa müvazinətini itirib və yıxılıb. Nəticədə onurğa sümüyü ciddi zədə alıb.

Gülşən Raufqızı

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...