Modern.az

Azərbaycanda 55 cinayətə görə 21 nəfər tutulub

Azərbaycanda 55 cinayətə görə 21 nəfər tutulub

Təhsil

14 Aprel 2014, 12:34

Aprelin 13-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 55 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Məlumatda qeyd edilir ki, respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 21 nəfər tutulub.  

Modern.az
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı