Modern.az

Donetsk qubernatoru: “Bölgədə xüsusi əməliyyatlar keçirilir”

Donetsk qubernatoru: “Bölgədə xüsusi əməliyyatlar keçirilir”

Təhsil

14 Aprel 2014, 12:50


Ukraynanın Donetsk vilayətinin administrasiya rəhbəri, qubernator Sergey Taruta  bölgədə rus meylli fəallara qarşı xüsusi əməliyyatlar aparıldığını bildirib. Modern.az “İnterfaks” a istinadən xəbər verir ki, Donetsk rəsmisi əhalini provakasiyalara uymamağa və ictimai asayişi pozmamağa çağırıb. Onun sözlərinə görə terrorçuluğa qarşı əməliyyat Ukrayna ilə yanaşı ümumilikdə dünyanda sabitliyin müdafiəsinə yönəlmiş addımdır. “Bizim bəzi təxribatçı fanatik insanlar həyasızlıqla terrorçuluq əməllərini həyata keçirmək istəyirlər. Mən Slavyanskda ölənlərə baş sağlığı verirəm. Qarşıdan Pasxa həftəsi gəlir. Duanın, ibadətin belə bir vaxtında hamı bir-birini bağışlamağı bacarmalıdır”,-deyə S. Taruta bildirib.  

Qeyd edək ki, Krımın Rusiyaya ilhaqından sonra Ukraynanın Donetsk, Luqansk, Xarkov bölgələrində də Rusiya tərəfdarı olan fəallar aktivləşib. Etirazçılar ölkənin federallaşması tələbi ilə çıxış edirlər.  Bir neçə gün öncə isə separatçılar özlərinin qondarma Donetsk "Respublikası"nın yaradıldığını elan etmişdi. Regionda vəziyyət gərgin olaraq qalır.   


Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı