“Aprelin 15-dən etibarən “Azəriqaz” İstehsalat Birliyi yay vaxtına keçir. Lakin bu şərti xarakter daşıyır. Çünki sərfiyyatı tələbata uyğun olaraq müəyyən edirik”. Bunu Modern.az-a açıqlamasında “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirdi.
“Yay, qış rejimi olmasından asılı olmayaraq əhali və qeyri-əhali sektoruna qaz verilişi tələbata uyğun olaraq operativ qaydada həyata keçirilir. Sadəcə aprelin 15-dən etibarən yay mövsümünə keçidlə bağlı qazanxanalar tərəfindən istehlak dayandırıldığına görə istifadə olunan qazın həcmi azalır”.
Gülşən Raufqızı