Modern.az

Qarabağ separatçılarının lideri Moskvada “Yeni Naxçıvan” kilsəsində olub - TƏXRİBAT

Qarabağ separatçılarının lideri Moskvada “Yeni Naxçıvan” kilsəsində olub - TƏXRİBAT

Təhsil

14 Aprel 2014, 14:03


Azərbaycan işğal altındakı torpaqlarında yaradılan qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyan Moskvada səfərdə olub. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, separatçı qurumun “rəhbəri” erməni apostol kilsəsinin yığıncağında iştirak edib. Bunun ardından separatçıların lideri ötən ilin sentyabrında açılış mərasimi gerçəkləşən Ermənistan Qriqoryan kilsəsinin Rusiya və “Yeni Naxçıvan” üzrə yeparxiyasının iqamətgahında olub. Kilsənin baş keşişi Yezras Nersisyan “DQR”lə əlaqələrin inkişaf etdirilməsindən söz açıb. Görüşdə separatçı rejimin “baş nazirinin müavini” Artur Aqabekyan, Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayan da iştirak edib. 

Qeyd edək ki, Moskvada ermənilərə məxsus böyük kilsə kompleksi olan Ermənistan Qriqoryan kilsəsinin Rusiya və “Yeni Naxçıvan” adlandırılan yeparxiyasının açılışı ötən ilin sentyabr ayında baş tutub. Kilsənin “Yeni Naxçıvan” adlandırılması ermənilərin Azərbaycana qarşı növbəti ərazi təxribatıdır.  

Aqşin Kərimov  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı