Məlum olduğu kimi, ötən ay Paşa Bank, British Council və Böyük Britaniyanın Tomson Fondunun birgə təşkil etdiyi “Biznes Jurnalistika” təlimləri çərçivəsində 12 nəfər jurnalist İngiltərənin paytaxtı London şəhərində olub. Bir həftəlik təlim sosial və yeni media sahəsində bilik vəbacarıqların artırılması, BBC, “The Daily Telegraph”, “Financial Times”kimi nəhəng media korporasiyalarında olmaq baxımından son dərəcə yadda qalan olub. Modern.az-ın məlumatına görə, layihə iştirakçısı, BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə İbrahimova bugün Jurnalistika fakültəsinin 3-cü kurs tələbələrinə Böyük Britaniya mətbuatı ilə bağlı mühazirə oxuyub. Tələbələrin marağına səbəb olan mühazirədə onları maraqlandıran çoxsaylı suallara cavab verilib. Mühazirənin sonunda beynəlxalq jurnalistka kafedrasının müdiri, professor Həmid Vəliyev maraqlı və məzmunlu çıxışa görə minnətdarlıq edib.



Modern.az