Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində “Vətənini Sev” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Modern.az-ın məlumatına görə, tədbirdə layihə rəhbəri Bəxtiyar Rəhimov, Azərbaycan İnkişaf Mərkəzi İctimai Birliyinin idarə heyyətinin üzvü Arzu Məsiyev və Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyinin sədri İlkin Abdıyev iştirak edib.
B.Rəhimov layihənin hədəfləri barədə danışaraq son illərdə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsas prioritetlərindən birinin vətənpərvərlik olduğunu bildirib. Natiq gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsinin çox önəmli olduğunu vurğulayıb. O, bildirib ki, layihənin keçirilməsində məqsəd vətənimizin tarixini, onun şərəfli səhifələrini, ağır dövrlərini gənc nəsil arasında təbliğidir. Hədəf Azərbaycan həqiqətlərini, Ermənistan silahlı birləşmələri tərərfindən işğal olunmuş torpaqlarımızı, Xocalı soyqırımını, Qanlı 20 Yanvarı unutmamaq, Milli Qəhrəmanlarımızı tanıtmaq və gələcək nəsillərə çatdırmaqdır. B.Rəhimov qeyd edib ki, Azərbaycan gənclərinin yaddaşında bu tariximiz heç vaxt silinməməlidir. Sonra tədbiri təlimçi Əligül Ağayev davam etdirib. Tədbir zamanı digər iştirak edən qeyri hökümət təşkilatlarının nümayəndələri çıxış edərək layihənin əhəmiyyətindən danışıblar və davamlı olmasını arzulayıblar.Tədbirin sonunda iştirak edən gənclərə “Vətənini Sev” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı təqdim olunub.


Modern.az