Modern.az

Azərbaycanlı deputatlar TürkPA-nın toplantısına qatılıblar - FOTO

Azərbaycanlı deputatlar TürkPA-nın toplantısına qatılıblar - FOTO

Təhsil

14 Aprel 2014, 15:25


Çoxtərəfli və ikitərəfli parlamentlərarası əlaqələrdə ilk dəfə olaraq TürkPa-ya üzv olan ölkələrin müvafiq Parlament komitələrinin rəhbərlərinin toplantısı keçirilib. Türkiyə Böyük Millət Məclisinin Sağlıq, ailə, əmək və sosial işlər komissiyasının sədri prof. Dok. Necdet Ünüvar görüşlərə və yığıncaqlara rəhbərlik edib.

Modern.az-ın məlumatına görə, bu tədbirlərdə Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və komitə sədrinin müavini Musa Quliyev, Milli Məclis Aparatının əməkdaşı Elşən Cəfərov, Qazaxıstan Senatının üzvü SvetlanaCalmaqambetova, Qazaxıstan Məclisinin üzvü Gulnar Seitmağanbetova və Türkiyə Böyük Millət Məclisinin deputatları iştirak ediblər.

İlk iclasda üç dövlətin parlament komitələrinin təmsilçiləri ali qanunvericilik orqanlarının strukturu, fəaliyyət proqramları, iş təcrübələri haqqında məlumat veriblər. Mövcud qanunlar sadalanaraq, üzərində işlənilən qanunların ilkin versiyaları səsləndirilib. Azərbaycanda hazırlanan bir sıra qanunların Türkiyə modeli dinlənilib və bu qanunların tətbiqi ilə bağlı əvvəllər yol verilmiş nöqsanların sonradan edilmiş dəyişikliklərlə aradan qaldırılması iclasının gedişində hərtərəfli çözümlər edilib. Belə qanunlardan biri “tütünməmulatlarından istifadə olunmasının ictimai yerlərdə qadağan edilməsi”dir. Bu hüquqi sənədlə bağlı Türkiyə təcrübəsi geniş müzakirə olunub.

“İcbari tibbi sığorta”, “Reproduktiv sağlamlıq”, “Ailə həkimi”, “Sağlamlıq turizmi”, “Gənc ailənin sosial müdafiəsi” haqqında qanun layihələri barədə hər üç dövlətin istək və arzuları, mövcud ilkin variantları haqqında ətraflı danışılıb.

TBMM-nin Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, komitə sədri prof. Dok. Necdet Ününvar, Türkiyə-Qazaxıstan Parlamentlərarası dostluq qrupunun və Hüquq işləri komitəsinin rəhbəri  Haluk İpək, Türkiyə-Qırğızıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri prof. Dok. MehmetNaci Bostançı nümayəndə heyətlərini qəbul edib və fəaliyyətləri haqqında ətraflı məlumat veriblər.

Yüksək İcra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirilən görüşlər də maraqlı olub. Belə ki, Türkiyənin Səhiyyə naziri dok. Mehmet Müezzinoğlu, Ailə və sosial siyasət naziri dok. Ayşenur İslam, Əmək və Sosial Müdafiə nazirinin müavini Halil Etyemezlə keçirilən görüşlər də faydalı və səmərəli keçib.

Belə ki, görüşlər zamanı sosial müdafiənin Türkiyə təcrübəsi, nazirliklərin idarəetmə strukturları Azərbaycan və Qazaxıstan deputatları üçün çox maraqlı olub. Sual-cavablarla zəngin olan çox saatlı görüşlər, sosial müdafiə sisteminin qardaş dövlətlərdə daha da zənginləşdirilməsini özündə ehtiva etdi.

Sonda TBMM sədri hörmətli Cəmil Çiçək nümayəndələri qəbul edərək, Türkdilli dövlətlərin qarışılıqlı əməkdaşlığının faydalarından danışıb, dövlətlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində daim Azərbaycanın yanında olduğunu xüsusi vurğulanıb və belə tədbirlərin keçirilməsinə də yüksək qiymət verilib.

Görüşdə Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli TBMM-nin onlar üçün yaratdığı şəraitdən razılıq edib və minnətdarlığını bildirib, gələckdə üç dövlətin əməkdaşlıq perspektivlərinin bəzi məqamlarını açıqlayıb. O, bildirib ki, bu dövlətlər qəbul edilmiş qanunların model halına salınıb, TÜRKPA-ya üzv dövlətlərə tövsiyə edilməsi iştirakçı dövlətlərin nümayəndələri tərəfindən qərara alınıb.

Ölkələrdə mövcud olan sosial statistikanın bölüşülməsini təşkil etmək, ildə bir dəfədən az olmayaraq TÜRKPA-ya sədrlik edən dövlətlərdə görüşmək və həmin dövlətlərdə mövcud icra strukturlarının idarəetmə modellərini öyrənmək qarşıya məqsəd qoyulub.

Səfər zamanı geniş mədəni kütləvi tədbirlər də nəzərdə tutulub.

Şəhərin tarixi mədəni müəssisələri ilə tanışlığın sonunda nümayəndə heyətləri “Atatürk AnıtKabır”i ziyarət edib, Türk dünyasının bu ulu öndərinə, onun ruhuna hörmət və ehtiramlarını ifadə ediblər.

 

  Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı