Modern.az

Öcalanın Nobel sevdası reallaşmadı

Öcalanın Nobel sevdası reallaşmadı

Təhsil

14 Aprel 2014, 16:31


PKK-nın həbsdə olan lideri Abdulla Öcalanın Nobel Sülh Mükafatına namizəd olması ilə bağlı xəbərlərə rəsmi açıqlama verilib. Modern.az xəbər verir ki, mərkəzi Norveçdə olan Nobel İnstitutundan “Doğan” agentliyinə verilən açıqlamada iddialara münasibət bildirilib. Açıqlamada qeyd olunur ki, namizədlərin nə özlərinə nə də onları namizəd kimi irəli sürən şəxs və qurumlara onların qeydə alınması haqda məlumat verilmir. “Buna görə də kimsə Öcalanın namizədliyinin qəbul olunmasını yazıbsa, bu kökündən yanlış informasiyadır”.  

Qeyd edək ki, Türkiyə mətbuatında İraqdakı kürd partiyasına istinadən PKK lideri Abdulla Öcalanın Nobel Sülh mükafatına layiq görüləcəyi ilə bağlı məlumatlar yer alıb.  

Aqşin Kərimov  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı